Şirvanda 18 yaşlı oğlan özünü asdı
31 may 2016 06:33 (UTC +04:00)

Şirvanda 18 yaşlı oğlan özünü asdı

Şirvanda gənc oğlan özünü asaraq intihar edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, intihar  hadisəsi Şirvan şəhəri, 1 May  küçəsi 5 ünvanında baş verib.

 

Şirvan sakini, 1998-ci il təvəllüdlü Günəşov Baladadaş İsa oğlu yaşadığı evin tavanından özünü asaraq intihar edib. Onun meyitini səhər saatlarında asılmış vəziyyətdə aşkar edilib.

 

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda gəncin  meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya mərkəzinə verilib.

 

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

# 312
avatar

Oxşar yazılar