FED uçot dərəcəsini artıracaq
23 aprel 2016 13:03 (UTC +04:00)

FED uçot dərəcəsini artıracaq

 ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.

 

Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək.

 

İqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq.

 

Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.

# 287
avatar

Oxşar yazılar