Bakıda törədilmiş müəmmalı qətlin üstü açıldı
23 aprel 2016 12:02 (UTC +04:00)

Bakıda törədilmiş müəmmalı qətlin üstü açıldı

Bakıda törədilmiş qətl hadisəsinin üstü açılıb. Lent.az-ın məlumatına görə, aprelin 18-də Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 9 ünvanından Bakı şəhər sakini, 55 yaşlı Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

# 60
avatar

Oxşar yazılar