<span style="color:#ce2636;">Əli Həsənov:  "Biz qisasçılıq hissləri ilə yaşamırıq"
31 mart 2016 17:13 (UTC +04:00)

Əli Həsənov: "Biz qisasçılıq hissləri ilə yaşamırıq"

 

“Erməni mürtəce dairələri Azərbaycan xalqına qarşı ən çox cinayət törətmiş dairələrdir,  bunu dünyaya çatdırmalıyıq”.

 

Lent.az-ın xəbərinə görə, bunu bu gün Elmin İnkişafı Fondunun Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

 

Ə. Həsənov deyib ki, Azərbaycan dünyada multikulturalizmin mövcud olduğunu göstərir: “Bu, multukulturalizmin, tolerantlığın mümkün olmadığını deyənlərə bir cavabdır”.

 

Ə. Həsənov bildirib ki, ermənilər saxta tarixlərini dünyaya təqdim etməyə çalışırlar : “Özlərinin törətdikləri soyqırımlarla bağlı faktları dünyaya onlara qarşı törədilmiş soyqırım kimi təqdim etməyə çalışırlar. Ona görə də biz dünyaya real həqiqətləri çatdırmağa çalışırıq. Biz qisasçılıq hissləri ilə yaşamırıq, bu soyqırımları, cinayətləri törədənlərin tanınmasını istəyirik.  İstəyirik ki, BMT, beynəlxalq təşkilatlar belə dövlətləri heç vaxt nəzarətdən kənarda qoymasın, bu dövlətlərin qonşularla münasibəti diqqət mərkəzində olsun 1 milyon soydaşımızı torpaqlarından uzaqlaşdıran Ermənistana qiymət versin. Dünya xalqları fikirləşsinlər ki, belə təcavüzkar dövlətlə qonşuluqda yaşamaq olarmı? Mürtəce erməni rejimlərinin mahiyyətini dünyaya çatdırmaqda məqsədimiz aydındır, söhbət erməni xalqından getmir. Erməni xalqı özü də bu mürtəce rejimlərin girovudur. Ermənilər hələ də cəsarət tapıb, bu mürtəce rejimi devirə, normal dövlət qura bilmirlər. Mürtəce erməni rejimlərinin mahiyyətini dünyaya çatdırmaqda məqsədimiz aydındır. İnşallah, Azərbaycan ziyalıların dəstəyi ilə həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

 

# 660
avatar

Anar Yusifoğlu

Oxşar yazılar