(R) İndi meqabaytlar bitsə də, internet kəsilmir
01 mart 2016 13:00 (UTC +04:00)

(R) İndi meqabaytlar bitsə də, internet kəsilmir

 

 

“Nar” abunəçiləri gücləndirilmiş və yenilənmiş şəbəkədən yararlanaraq, sərfəli qiymətlərlə daha çox çeşidli internet paketlərindən istifadə edə biləcəklər. Abunəçilərin rahatlığını düşünən “Nar” yenilənmiş və yüksəksürətli Turbo paketlərini limitsiz etdi. İndi, paket bitdikdən sonra belə abunəçilər trafikin istifadə müddəti bitənə qədər pulsuz olaraq internetdən istifadə edə biləcəklər (paket daxilində trafik sərf olunduqda, sürət saniyədə maksimum 64 Kb-ə çata bilər).

 

Əlavə olaraq, “Nar” abunəçiləri Turbo XL, Turbo 2XL və Turbo 3XL paketlərində gündüz (pik saatlar) trafiki bitənə qədər pulsuz olaraq maksimum sürətlə məhdudiyyətsiz gecə (qeyri-pik saatlar) trafikindən yararlana bilərlər.

 

Abunəçilərə təqdim olunan digər yenilik “Nar” 3G+ və 4G dəstləri oldu. Abunəçilər sadəcə 20 AZN ödəməklə “Nar” data-nömrə, 3G+ modemi və 15 GB trafik, böyük həcmli internetə üstünlük verənlər isə 49 AZN ödəməklə “Nar” data-nömrə və 4G modemlə yanaşı, 30 GB-lıq internet trafiki əldə etmiş olacaqlar. Pulsuz və məhdudiyyətsiz gecə trafiki “Nar” 3G+ və 4G dəstlərinə də şamil olunur.

 

Abunəçilər həmçinin “eNəzarət” xidməti vasitəsi ilə balanslarını asanlıqla yoxlaya və idarə edə biləcəklər. Bu xidmət hər hansı bir internet səhifəsinə daxil olduqda, istifadə edilən cihazın ekranında ortaya çıxaraq, abunəçiyə balansındakı məbləğə və internet trafikinə nəzər yetirmək, balansı artırmaq, eləcə də internet paketini aktivləşdirmək imkanı verir.

 

“Nar”ın genişləndirilmiş, mobil şəbəkəsi sayəsində bütün ölkə boyunca 4G və 3G texnologiyalarına əsaslanan mobil internet xidməti abunəçilərə hər yerdə və hər zaman yüksəksürətli internetdən daha sərfəli və rəqabətədavamlı qiymətlərlə istifadə imkanını yaratdı.

 

Yenilənmiş internet paketləri haqqında məlumatı buradan ala bilərsiniz: nar.az

 

 

 

# 503
avatar

Anar Yusifoğlu

Oxşar yazılar