Nazirlik müəllim-şagird münasibətlərinə dair seminarlara başlayır
27 yanvar 2016 16:14 (UTC +04:00)

Nazirlik müəllim-şagird münasibətlərinə dair seminarlara başlayır

 

Təhsil Nazirliyi “Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda seminarların keçirilməsinə başlayır.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk belə seminar Xirdalan şəhərində keçiriləcək.

Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq. Təhsil ekspertlərinin də iştirak edəcəyi tədbirdə mövcud problemlərin konstruktiv həlli yolları müzakirə ediləcək.

 

Seminar "APA-Holdinq" və “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə təşkil olunur.

 

# 343
avatar

Oxşar yazılar