Gömrük Komitəsinin xətti ilə ötən ay büdcəyə 201 mln. manat daxil olub
15 yanvar 2016 13:21 (UTC +04:00)

Gömrük Komitəsinin xətti ilə ötən ay büdcəyə 201 mln. manat daxil olub

Bu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 200 805,7 min manat təşkil edib.

 

"APA-Economics"in DGK-yə istinadən verdiyi xəbərə görə, bu göstərici 2014-cü ilin eyni dövrü ilə müqayisədə 68 mln. 769,97 min manat və ya 52,08% çoxdur.

 

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 36 000,77 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 154 085,9 min manat, aksizlər üzrə 8 483,23 min manat, yol vergisi üzrə isə 2 235,8 mln. manat təşkil edib.

# 490
avatar

Oxşar yazılar