SOCAR gürcülərlə anlaşdı: qazın həcmi artırılır
14 yanvar 2016 11:12 (UTC +04:00)

SOCAR gürcülərlə anlaşdı: qazın həcmi artırılır

 

Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq.

 

"APA-Economics"in "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  SOCAR-ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Enegy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.

 

Baş direktor bildirib ki, bununla bağlı razılıq dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı əldə olunub.

 

M. Məmmədov bildirib ki, müvafiq məsələlərlə hər iki tərəfin mütəxəssisləri məşğul olacaq.

# 240
avatar

Oxşar yazılar