Neft fondu daşınmaz əmlak və səhm portfelini böyüdüb
30 dekabr 2015 16:32 (UTC +04:00)

Neft fondu daşınmaz əmlak və səhm portfelini böyüdüb

 

 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində dəyişiklik edilib.

 

ARDNF-dən “APA-Economics”ə bildirilib ki, yeni investisiya siyasətinə əsasən səhmlər və daşınmaz əmlaka investisiyaların həcmi artırılıb.

 

Belə ki, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş yeni investisiya siyasətinə əsasən, maksimum yuxarı uzaqlaşma intervalı 2 faiz olmaqla investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər. Qeyd edək ki, buna qədər ARDNF  investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədərini daşınmaz əmlaka yatıra bilərdi.

 

Bundan başqa, yeni investisiya siyasətinə əsasən, səhm portfelinin həcmi artırılıb. Belə ki, yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-i yox, 15%-ni səhmlərə yönəldilə bilər.

 

Qeyd edək ki, investisiya siyasətində qızıla investisiyalarla bağlı dəyişiklik yoxdur. Yəni əvvəlki investisiya siyasətində olduğu kimi maksimum yuxarı uzaqlaşma intervalı 3% olmaqla Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. Borc öhdəlikləri və pul bazarları alətləri portfeli – maksimum aşağı uzaqlaşma intervalı 5% olmaqla investisiya portfelinin məcmu dəyərinin 70%-i həcmində ola bilər.

 

İnvestisiya siyasətinə əsasən 2016-cı ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcək.

# 215
avatar

Oxşar yazılar