AZAL aviabiletlərin qiymətini endirir
29 dekabr 2015 14:11 (UTC +04:00)

AZAL aviabiletlərin qiymətini endirir

"Azərbaycan Hava Yolları" QSC Moskva ("Vnukovo" havalimanı), Dubay ("Əl-Məktum"hava limanı), İstanbul ("Sabiha Gökçən" hava limanı) və Antalyaya aşağı büdcəli reyslərə aviabiletlərin qiymətinin endirilməsini elan edir.

 

AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı il yanvarın 5-dən etibarən yuxarıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti Bakıdan uçmaqla cəmi 89 avro təşkil edəcək.

 

Həmçinin, yanvarın 5-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə reyslər, o cümlədən sözügedən aşağı büdcəli reyslər Heydər Əliyev Beynəlxalq Hava Limanının birinci terminalından yerinə yetiriləcək.

 

Aviaşirkət avroya nisbətdə milli valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərə yenidən baxılmasını davam etdirir. Bundan öncə şirkət Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərə yenidən baxılacağını elan edib.

 

"Aşağı tarifli uçuşların siyahısı bundan sonra da genişlənəcəkdir. Bu yaxınlarda Bakı-Moskva (Domodedovo hava limanı) reysinə yeni aşağı büdcəli Promo tarifini tətbiq edilmişdir ki, bu tarifə baqaj daxil edilməmişdir. Həmçinin, növbəti yay mövsümündə Alanya kurort şəhərinə yeni aşağı tarifli reysin açılması planlaşdırılır. Gələn il "Azərbaycan Hava Yolları" bir çox istiqamətlər üzrə aşağı büdcəli tariflərin siyahısını genişləndirməyi davam etdirəcəkdir", - deyə AZAL-ın vitse-rrezidenti Eldar Hacıyev qeyd edib.

# 276
avatar

Oxşar yazılar