(R) Unibankın keçirdiyi viktorinanın qalibləri məlum oldu
29 dekabr 2015 11:28 (UTC +04:00)

(R) Unibankın keçirdiyi viktorinanın qalibləri məlum oldu

 

Unibank yeni il öncəsi Azərbaycan facebook istifadəçilərini sevindirib.  Bankın rəsmi  facebook səhifəsində facebook istifadəçiləri üçün keçirdiyi “Suallara cavab ver və iPhone 6 qazan!” adlı viktorinanın qalibləri açıqlanıb. Facebook istifadəçiləri tərəfindən çox yüksək maraqla qarşılanan viktorinaya 40 minə yaxın iştirakçı qoşularaq, sualları cavablandırıb. İştirakçıların maliyyə biliklərinin artırılmasına yönəldilən viktorinanın qalibləri, həm də möhtəşəm hədiyyələr qazanıblar.

Ən çox xal toplamış ilk 3 qalibin hədiyyələri bunlardır:

1-ci yer – iPhone 6s

2-ci yer -  Planşet

3-cü yer -  100 AZN-lik hədiyyə kartı

Birinci yeri qalibinə artıq iPhone 6s təqdim olunub. Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahibləri də Unibank-dan maraqlı hədiyyələr qazanıblar.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan  və facebook səhifəsindən (www.facebook.com/unibank.az ) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

 

# 222
avatar

Oxşar yazılar