(R) Amrahbank ASC “MasterCard Money Send” xidmətini təklif edir
29 dekabr 2015 10:12 (UTC +04:00)

(R) Amrahbank ASC “MasterCard Money Send” xidmətini təklif edir

 

Amrahbank ASC “MasterCard Money Send” xidmətini təklif edir.

Amrahbank ASC “MasterCard” kartlarının sahiblərinə yeni bir xidmət “MasterCard Money Send” beynəlxalq pul köçürməsini təqdim edır.
 

Artıq “Amrahbank”ın MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum   və Maestro kart sahibləri həm  Azərbaycan, həm də bir sıra digər ölkələrin banklarının “MasterCard” beynəlxalq ödəniş sisteminin kartlarına asanlıqla pul köçürə bilərlər. Dəyərli müştərilərimiz “MasterCard Money Send” beynəlxalq pul köçürməsi xidməti vasitəsi ilə kartdan karta pul köçürməsi üçün istənilən vaxt, 24/7 rejimində, bankın filiallarına yaxınlaşmadan bankomat şəbəkəmizdən istifadə edərək bu xudmətdən yararlana bilərlər.

 

“MasterCard MoneySend” beynəlxalq pul köçürmələri Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarusiya, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Türkiyə, Kipr, Moldova, Ukrayna, Çex Respublikası, Montonegro, Gürcustan, BƏƏ, Böyük Britaniya, ABŞ ölkələrinin ərazisində yerləşən bankların MasterCard və Maestro kartlarına və Azərbaycanda fəaliyyət göstərən bütün bankların MasterCard və Maestro kartlarını əhatə edir.

 

Ətraflı məlumat üçün “Amrahbank”ın 987 saylı Məlumat Mərkəzinə, www.amrahbank.com/az internet saytına və ya  www. Facebook.com/Amrahbank.ASC rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz.
 

Amrahbank Sizə Açıq və Aydın Bank!

 

 

# 168
avatar

Oxşar yazılar