(R) Azər Türk Bank "Soyuq əllər, isti ürək: Mələklər" layihəsinin sponsorudur
19 noyabr 2015 10:30 (UTC +04:00)

(R) Azər Türk Bank "Soyuq əllər, isti ürək: Mələklər" layihəsinin sponsorudur

 

 

Azər Türk Bank "Nargis Fund" tərəfindən təşkil edilmiş və Amapola Exclusive Events şirkətinin tərəfdaşlığı və təşkilatçılığı ilə 1-31 dekabr tarixlərində təşkil ediləcək "Soyuq əllər, isti ürək: Mələklər" adlı Yeni İl Xeyriyyə Yarmarkasında sponsor qismində iştirak edəcək. Yarmarka Fəvvarələr meydanında keçiriləcək. Burada müxtəlif yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, şirniyyatlar satılacaq, konsert proqramları təşkil olunacaq, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncəli proqramlar nümayiş etdiriləcək. Məqsəd sağlamlıq problemi olan körpələrə yardım göstərmək, onların müalicəsinə dəstək verməkdir. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinləri məşhur qonaqlarla görüşəcək, sevimli ifaçıların çıxışlarını izləyəcək, onlara yarmarkanın sponsorları tərəfindən hədiyyələr veriləcək.

 

Qeyd edək ki, Azər Türk Bank "Soyuq əllər, isti ürək: Mələklər" - Yeni İl Xeyriyyə Yarmarkasında bank sektorunu təmsil edən yeganə sponsordur. Yarmarkanın keçirildiyi tarixlərdə Azər Türk Bankın nümayəndələri Bank üçün ayrılmış “qış evləri”ndə ziyarətçilərin suallarını da cavablandıracaqlar. Burada qonaqlara Azər Türk Bankın məhsul və xidmətləri, bankın həyata keçirdiyi kampaniyalar barədə ətraflı məlumat veriləcək.

 

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

# 88
avatar

Oxşar yazılar