<font color=red>&#174; </font>Uber ilə şəhərdaxili səyahətlərdə inanılmaz qiymətlər
19 noyabr 2015 11:00 (UTC +04:00)

® Uber ilə şəhərdaxili səyahətlərdə inanılmaz qiymətlər

Uber ilə şəhərdaxili səyahətlərdə inanılmaz qiymətlər: Statistika komitəsindən Port Bakuya cəmi 3 - 4 manat

 

11 noyabr 2015-ci il tarixindən uberX tarif qiymətləri endirildi və hazırda aşağıdakı qiymətlərlə fəaliyyət göstərir: 1.10 AZN başlanğıc məbləğ, hər kilometrə 0.35AZN və yola sərf olunan hər dəqiqəyə görə 0.03AZN.

 

Bu tariflə Port Bakudan Statistika komitəsinə cəmi 3 - 4 manata səyahət etmək mümkündür. 

 

Nəriman Nərimanov heykəli - Malokan bağı səyahəti isə cəmi 2 - 3 manata olacaqdır.

 

Uber nədir və necə işləyir?

 

Uber istifadəçilərini professional sürücülərlə birləşdirən mobil tətbiqdir. Uber şəhərdaxili səyahət üçün ən ucuz, ən keyfiyyətli və təhlükəsiz üsuldur. Telefonun ekranına bir toxunuş etməklə şəxsi sürücü və avtomobil sifarişi etmək mümkündür. Sadəcə olaraq Uber tətbiqini iPhone və Android smartfonunuza endirin və dünya keyfiyyətli səyahətdən həzz alın.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mobil tətbiq istifadəçinin olduğu yeri GPS vasitəsilə təyin edir və bu yerə ən yaxın olan sürücünü seçir. Sifariş zamanı olduğunuz küçənin adını və dəqiq ünvanını bilməsəniz belə, sizin sürücünüz sırf xəritədə göstərilən yerə gələrək sizə xidmət edir.

 

Sifarişdən dərhal sonra proqram sürücünüz haqda ətraflı məlumatı sizə təqdim edir: onun adı, fotosu, əlaqə nömrəsi, avtomobilin markası və seriya nömrəsi, eləcə də xəritədə real zamanda olduğu yer. Sual yaranması ehtimalında "Əlaqə" düyməsinə toxunaraq sürücüyə SMS göndərmək və ya zəng etmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tətbiq istifadəçiyə başlanğıc və son nöqtəni secərək gediş haqqını öncədən görmək imkanını da təqdim edir. Səyahətin ödənişi avtomatik olaraq qeyiyyat zamanı əlavə edilmiş bank kartından çıxır və beləcə istər sürücü istərsə də sərnişin üçün şəffaf ödəmə həyata keçmiş olur.

 

Ödəniş haqda ətraflı məlumat (başlanğıc və bitiş nöqtəsi, səyahətin müddəti, məsafəsi, sürücü haqda informasiya) avtomatik olaraq istifadəçinin email ünvanına göndərilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Uber-in tradisional taksilərdən üstünlüyü

 

Uber şirkəti çox sürətli şəkildə böyüyür. Bu böyümə tempi hətta Google və Facebook-dan belə daha sürətlidir. Fəaliyyətdə olduğu 5 il ərzində çox gediş şəkildə dünyaya yayılmışdır və hal-hazırda dünyanın 360-dan çox şəhərində və 60-dan çox ölkəsində fəaliyyət göstərir.

 

Uber-də digər taksi xidmətlərində olmayan bir çox fundamental özəlliklər mövcuddur. Məsələn:

 

  • Maksimum təhlükəsizliyə zəmanət verilir. İstifadəçi səyahətini başlamadan öncə sürücü haqqında bütün məlumatları əldə edir. Onun fotosu, avtomobilinin modeli və seriyası, telefon nömrəsi və sistemdə olan reytinqi.
     
  • İstifadəçi sürücünü real zamanda xəritədə görür və onunla istənilən vaxt əlaqə saxlayır.
     
  • İstifadəçi öz səyahəti haqda bütün məlumatı yaxınları və dostları ilə paylaşa bilir.
     
  • Proqram istifadəçilərə birlikdə səyahət etdiyi şəxslərlə çox asanlıqla gediş haqqını bölüşməyə imkan yaradır.
     
  • Uber-də bütün sifarişlər avtonom komputer sistemi vasitəsilə qəbul olunur və yönləndirilir,  istifadəçi - sürücü əlaqəsini bu sistem təmin edir və onlar arasında operator-dispetçerə ehtiyac qalmır. Bu isə öz növbəsində şirkətin xərclərini böyük şəkildə azaldır və beləcə Uber bu üstünlüyü ilə istifadəçilər üçün ən ucuz qiymətlər təklif edir.
     
  • Hər səyahətdən sonra istifadəçi sürücünü dəyərləndirir və şərh yazaraq Uber şirkətinə öz fikirlərini bildirir. Uber kömək mərkəzi xüsusi çətinlik olması halında dərhal istifadəçi ilə əlaqə saxlayır və problemi aradan qaldırır.

 

Uber Azərbaycanda

 

2015-ci ilin aprel ayında Azərbaycanda pilot layihə olan UberBLACK istifadəyə verildi və tez bir zamanda premium seqment istifadəçiləri arasında rəğbət qazandı. Qeyd etmək lazımdır ki, Azərbaycan Rusiyadan sonra MDB ölkələri sırasında bu xidmətin təqdim edildiyi ikinci ölkə oldu.

 

2015-ci ilin iyun ayında isə Bakılılar və şəhərin qonaqları tərəfindən böyük populyarlıq qazanın uberX - daha sərfəli Uber xidməti ictimaiyyətə təqdim edildi. Bu xidmət öz rahatlığını və təhlükəsizliyini sevən şəxslər üçün ideal seçimə çevrildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cari ilin Noyabr ayında isə UberBLACK xidmətinin premium avtomobilləri ekonom seqmentin sərfəliliyi ilə birləşərək yeni uberX xidmətini meydana gətirdi. Beləcə, yenilənmiş uberX şəhərdə olan ən üstün keyfiyyət və ən sərfəli qiymətlə istifadəçilərin xidmətindədir.

 

Bunu özün də yoxlaya bilərsən! Bu günə kimi Uber-dən istifadə etməmisənsə, aşağıdakı instruksiyaları izləyərək ilk istifadəndə 10AZN-dək pulsuz səyahət edə və bir düyməyə toxunaraq şəxsi sürücünün çağırılma sehiri ilə tanış ola bilərsən!

 

  • iPhone və Android telefonuna Uber tətbiqini endir
  • Özünə hesab aş
  • Aşağıdakı kodu "PROMOLAR" (PROMOTIONS/ ПРОМОКОДЫ) bölməsinə əlavə et və ilk gedişində 10AZN qazan
  • Olduğun yeri seç və ilk Uberini çağır!

 

Promo kod:

 

HƏDİYYƏ10

Sualların var? Uber ilə [email protected] email ünvanı ilə əlaqə saxlaya və ya şirkətə FacebookTwitter və Instagram üzərindən yaza bilərsən.

# 290
avatar

Oxşar yazılar