Rey Kərimoğluna maşın verdilər
18 noyabr 2015 15:00 (UTC +04:00)

Rey Kərimoğluna maşın verdilər

 

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğısı həmin insanların minik avtomobilləri ilə təminatında da mühüm addımların atılmasına şərait yaradıb. Bu sahədə tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki,  keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanıldı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub. Onlardan biri də jurnalist Rey Kərimoğludur.

Nazir müavini deyib ki, indiyə qədər ölkəmizdə dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ayrı-ayrı əlil ictimai təşkilatlarının rəhbərləri ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürü olduğunu ifadə edib.

 

# 155
avatar

Oxşar yazılar