<span style="color:red;">Natavan : <b>“Aygün mütləq cavab verəcək, İlhamədən də qorxmuram” </b>- <span style="color:red;">MÜSAHİBƏ
15 oktyabr 2015 17:57 (UTC +04:00)

Natavan: “Aygün mütləq cavab verəcək, İlhamədən də qorxmuram” - MÜSAHİBƏ

Müğənni Natavan Həbibi Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

 

- Öncə başlayaq yaradıcılıq işlərindən. Nə yenilikləriniz var?

 

- Yaradıcılığımda bir çox yeniliklər var. Murad Arifdən “Sənə” adlı mahnı ifa etmişəm. Yaxınlarda təqdim edəcəm. Mənim üslubumda olan gözəl bir mahnıdır. Bundan başqa müxtəlif dillərdə oxuduğum mahnıları təqdim etmək istəyirəm. Türkiyədə aranjeman olunmuş mahnılarım var. Bütün bunlardan əlavə öz bəstəm olan mahnını da təqdim etmək niyyətindəyəm. Müğənninin işi mahnı oxumaq, klip çəkdirməkdir. Bir də görürsən bəzi müğənnilər deyirlər ki, güclü bir layihəm gəlir. Axırda görürsən ki, layihə dedikləri mahnı və klip imiş. Mahnı ilə klipə layihə demək olmaz. Bu, gülməlidir. Çünki işimizin adı mahnı oxumaq və klip çəkdirməkdir. Bütün işlərimi yavaş-yavaş həyata keçirəcəm. Əsas odur ki, bu işə həvəs, imkan və bütün şərait var.

 

 

- Bu qədər işlər sadaladığınız halda, son dövrlər adınız qalmaqallı müğənnilər sırasında hallanır.

 

 

- Bunu hamı bilir ki, mənim heç kimlə işim yoxdur. Biz görmüşük ki, durduq yerdə adama sataşmazlar. Bu qalmaqalların əsasında istədilər ki, Natavanı ən azından Azərbaycan səhnəsindən silsinlər. Amma mən bu şansı heç kimsəyə vermədim. Heç vermərəm də. Haqsızlıq qarşısında heç kimsəyə əyilmərəm, susmaram. Heç bir söhbətdən qaçan deyiləm.

 

 

- İllərdir Aygün Kazımova ilə aranızda qalmaqal yaşanır. Aranızda olan söz-söhbətlərin əsl səbəbi?

 

- Mənim onunla heç bir problemim yoxdur. Düz 9 ildir ki, onun mənimlə problemi var. Mən onu “Nömrə 1” müsabiqəsində udandan sonra bu adam mənə qarşı dəyişdi. Artıq hər şeyin sonuna gəlmişik. Məhkəmə qərarını verib, qalıb icrası. Hamı bilir ki, məhkəmə qərarını icra etməmək böyük problemdir. Məhkəmə qərarı çıxdıqdan sonra getdim Türkiyəyə istirahətə. Orada iki ay rahat istirahət etdikdən sonra Bakıya qayıtdım.

 

- Türkiyədə ev də almısınız.

 

- Bəli, almışam. Mənzilim Türkiyənin İstenya bölgəsindədir. Artıq növbəti dəfə Türkiyəyə gedəndə, öz evimdə qalacam.

 

- Saytımıza açıqlamanızda söylədiniz ki, məhkəmə qərarına əsasən Aygün Kazımova sizdən üzr istəməlidir. Üzr istəməsə, ölkədən çıxa bilməyəcək. Amma ötən gün Aygün Kazımova Türkiyəyə getdi...

 

- (Sözümü yarımçıq kəsir...) Onun ölkədən çıxışı ilə bağlı qərarı hakim verib. Mən anlayıram ki, bu məqam ona çatmaya bilər. İnsan savadsız olanda anlamaq da çətin olur. Mən Azərbaycan qanunlarına güvənirəm. Məhkəmə çıxardığı qərarın 30 il qüvvəsi var. Sosial şəbəkədə yazıb ki, Azərbaycan mənim məmləkətimdi. Məmləkətini, dövlətini sevən adam, məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşmalıdır. Yoxsa, məhkəmənin qərarlarını anlamaq istəmir? Mütləq tabe olacaq.

 

- Şou-biznesdə bir çox müğənnilərin qalmaqallarının sonu barışıqla bitir. Aygün Kazımova sizdən üzr istəsə barışıq olacaq?

 

- Qətiyyən. Mənim həyata baxışım başqadır. Bu mümkünsüz bir şeydir.

 

- Bəs məsələyə sülh səfirləri qarışsa necə ?

 

- (Gülür) Alınası iş deyil. Onlar mənim həyatımda lazımlı insan deyillər.

 

 

- Bir müddət öncə xalq artisti İlhamə Quliyeva sizə “Prinsessa” titulu vermişdi.  Nə oldu o titul?

 

- Bax, açıq deyim, sonra kimsə yekə-yekə deməsin ki, Natavan hörmətsizlik elədi. Mənə qarşı hörmətsizlik edənə, mən beş qat hörmətsizlik edirəm. Bəli, mən hörmətsizlik etməyi də bacarıram. Mənim üstümə qatıq çalmayıblar ki? Mən də qarşı tərəfə cavab olaraq hər zaman öz sözümü deməliyəm. Kimsə mənim haqqımda nəsə desin, mən də deyim ki, bunun yaşına, başına nə bilim nəyinə?

 

 

- Sosial şəbəkədə bir çoxları yazıblar ki, Natavan İlhamə Quliyevadan qorxur.

 

- Necə qorxur ki, ona cavab qaytarır? Kimlərsə qorxurlar, susurlar. İlhamə Quliyeva adam yeyəndi ki, mən ondan qorxum? İlhamə Quliyeva insandır. Vaxtı ilə məni çox istəyən insan olub. Hələ də inanıram ki,  çox istəyir. Mediaya məlum olmayan söz-söhbətlərə görə, onunla aramız dəyib. Mən indi o məsələni mediaya açıqlaya bilmərəm. Amma vaxt gələcək, açıqlayacam. Hələ vaxtı deyil. Sadəcə, mən o insana  can sağlığı arzu edirəm. Amma mən ondan qorxmuram və qorxmaram da. Bunu onun özü də bilir. Bunu onun üzünə də deyərəm və demişəm də. Mən niyə ondan qorxmalıyam ki? Bu bir az gülünc sözdür ki, filankəs filankəsdən qorxur. Niyə? Öldürəcək, yeyəcək məni?  Yox edəcək məni? Yoxsa, məni respublikadan qovduracaq? Xeyr. Heç kim heç kimə heç nə edə bilməz. Qanun var. Hələ bizim aramızda elə problem yoxdur ki, mən ona qanunla cavab verim. Və yaxud o nəsə etsin. Sadəcə aramızda inciklik var. Uman yerdən küsərlər. Mən İlhamə Quliyevadan umub, incimişəm. Buna haqqım da var. Bir dəfə maqazin proqramlarının birinə müsahibəmdə demişəm ki, İlhamə Quliyevaya anam kimi baxıram. İndi Natavan Həbibi olaraq deyə bilmərəm ki, İlhamə Quliyeva kimdir.

 

 

- Yəqin aranızı vuranlar olub?

 

 

- Hə, arada gedib-gələnlər oldu. Amma o, mənə qarşı belə etməməli idi. Onun mənə,  olan münasibəti əvvəllər başqa cür idi.

 

- Rejissor Zorik ( Zöhrab Ağayev) və ...

 

- (Sözümü yarımçıq kəsir) Xahiş edirəm ki, digərlərinin adlarını çəkmə. Çünki mənimlə problemi olanlar cavablarını alırlar. Danışanda mən “onlar” sözü işlədirəm. Yəni ümumi. Onlar mənim üçün önəmli fiqur deyillər ki, bir-bir adlarını çəkim.

 

- Türkiyəyə gedib, gəlirsiz. Bəlkə Türkiyə şou-biznesinə qoşulasınız?

 

- Mən daim Türkiyədə qala bilmərəm. Hətta bir neçə ay orda qaldım və Bakıya qayıdanda torpağımızı öpdüm. Azərbaycan üçün çox darıxmışdım. Türkiyə şou-biznesinə qatılmağa gəldikdə isə 2011-ci ildə oradan mənə iki rəsmi təklif gəldi. Amma razı olmadım. Dedim ki, yox, nə Türkiyə şou-biznesi. Mənimki başqadır. Mən indi-indi türk müğənnilərini tanımağa başlamışam. Hətta türkcə oxumağa da təzə başlamışam. Neçə ildir müğənnilik edirəm,  ilk dəfə bu il türk dilində “Başıma bəlamısın” adlı mahnı oxumuşam. Bu mahnını studiyada oxuyanda dedim ki, mən hara, “Başıma bəlamısın” hara? Amma mən mahnını oxudum, insanlar tərəfindən gözəl qarşılandı, sevildi. Mən Vaqif Gərayzadənin “W-Trio” qrupuna gələn zaman ilk oxuyacağım mahnı “Ləli yar” olacağını biləndə şok oldum. Dedim ki, mən “Ləli yar” oxuyacam? Sırf xarici mahnıları oxuyaraq böyümüşəm deyə, o cür mahnıları ifa etməyim  təəccüblü gəlirdi.

 

- Ailə həyatı quracağınızla bağlı verdiyiniz açıqlama mətbuatda müzakirə olundu.

 

- Elə o vaxtdan bəri özümə söz verdim ki, şəxsi həyatımla bağlı mətbuata açıqlama verməyim. Çünki açıqlama verən kimi sözümün üstünə söz də qoyub, mətbuata yayırlar. Hətta toyumu belə mətbuata açıqlamayacam. Yəni olubsa, olacaqsa, bunu çox insanlar bilməyəcək. Şou-biznesdən çox uzaq bir şeydir. Bu mənim şəxsi həyatımdır. Məni anlayanlar, sadəcə ailəsinin qədrini bilənlərdir. Öz ailəsini şou-biznesdən gizlədənlər, uzaqda saxlayanlar məni anlarlar.

 

 

 

# 282
avatar

Yalçın UĞUR

Oxşar yazılar