ANS Kamran Həsənlinin verilişini bağladı
15 oktyabr 2015 15:28 (UTC +04:00)

ANS Kamran Həsənlinin verilişini bağladı

ANS telekanalında aparıcı Kamran Həsənlinin təqdimatında yayımlanan “Axşam-axşam” verilişi yayımını dayandırıb. Lent.az-ın aznews.az-a istinadən xəbərinə görə, bu barədə aparıcı özü danışıb. O bildirib ki, kanal rəhbərliyindən "bu həftə verilişin yayımlanmayacaq" deyilib.

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov xəbəri təkzib etməyib: “Kamran deyirsə ki, bağlanıb, deməli düz xəbərdir, verilişin yayımı dayandırılıb".

 

Qeyd edək, K.Həsənli ANS telekanalında “Axşam-axşam” verilişindən savayı "Toylar kralı",  “Günə baxan”, “Baza səhəri” proqramlarının aparıcısı olub. 

 

MTRŞ-in rəsmisi Təvəkkül Dadaşov isə movqe.az-a açıqlamasında deyib ki, adıçəkilən verilişin dayandırılması barədə onlar qərar çıxarmayıb. 

# 148
avatar

Yalçın UĞUR

Oxşar yazılar