Natavandan Aygünə sərt <span style="color:red;">İTTİHAM : Ölkədən qaçdı
15 oktyabr 2015 10:25 (UTC +04:00)

Natavandan Aygünə sərt İTTİHAM: Ölkədən qaçdı

 Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın ölkəni tərk etməsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkələrdə bildirib ki, xalq artisti məhkəmə qərarının qüvvəyə minməməsindən istifadə edib, ölkədən qaçıb: “Eşitdim ki, hələ ki, qərarın qüvvəyə minməməsindən istifadə edərək, ölkədən  tez-bazar gedən var. Amma unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişməz, nə də Natavan. İstəyirsən Afrikaya, Marsa get, hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir”.

 

Xatırladaq ki, A.Kazımova ötən gün gecə saatlarında Türkiyəyə yola düşüb.

 

 

Onu da əlavə edək ki, oktyabrın 1-də Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi A. Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb. Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinin tam icra olunmamasıdır.

 

 

Qeyd edək ki, N. Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə verib.

 

# 251
avatar

Yalçın UĞUR

Oxşar yazılar