Aygün Natavandan şikayət etdi - <span style="color:red;">ÖLKƏDƏN ÇIXMAQ ÜÇÜN
14 oktyabr 2015 19:05 (UTC +04:00)

Aygün Natavandan şikayət etdi - ÖLKƏDƏN ÇIXMAQ ÜÇÜN

“Xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qoyulmuş qadağaya görə, bu gün Apellyasiya Məhkəməsinə müraciət edib. Bu sözləri Lent.az-a müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov deyib. O bildirib ki, xalq artisti məhkəmənin çıxardığı qadağa ilə razılaşmır: “Aygün Kazımova məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün ölkədən çıxmağına qoyulmuş qadağa ilə bu gün səhər saatlarında apellyasiyaya şikayət ərizəsi verib. Lakin bu şikayət qətnamənin icrasının məcburiyyətinə təsir etmir. O, məhkəmə qərarının qüvvəyə minməməsindən istifadə edib, şikayət edib. O qədər tələsib ki, hüquq prosedurunu pozub  Belə hərəkətlər məhkəmə qərarının icrasına mane ola bilməz”.

N. Həbibi isə bu gün Azərbaycanı tərk edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, istirahətə yollanıb. Şimali Qafqaza üz tutan müğənni bildirib ki, qayıtdıqdan sonra yeni mahnılarını təqdim edəcək.

 

# 385
avatar

Yalçın UĞUR

Oxşar yazılar