Azərbaycanlı müğənninin ağ-qara klipi - <span style="color:red;">VİDEO
14 oktyabr 2015 10:29 (UTC +04:00)

Azərbaycanlı müğənninin ağ-qara klipi - VİDEO

Azərbaycanın pop-rok ifaçısı Ümman ifa etdiyi "Yeri görünür" adlı mahnıya çəkilmiş klipini təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin musiqisi və aranjemanı Elvin Musayevə, sözləri Azər Şirinə məxsusdur. İfaçı sözügedən mahnını bəstənin musiqi müəllifi Elvin Musayevlə birgə ifa edib. Bu, Ümmanın repertuarında sayca ikinci duetidir.

 

Qeyd edək ki, yeni duet rejissor Rəhman Əliyevin ideyası əsasında ərsəyə gəlib və klipi də özü ekranlaşdırıb. Ağ-qara rənglərdə görüntülənən klipin operatoru Delee-dir. Yaradıcılıq işlərini davam etdirən Ümman sözləri və musiqisi Azər Nəsibobun olan "Eşq" adlı mahnısı üzərində çalışır.

 

# 149
avatar

Yalçın UĞUR

Oxşar yazılar