Çində torpaq sürüşməsi: 1 ölü, 4 yaralı
25 iyun 2015 06:33 (UTC +04:00)

Çində torpaq sürüşməsi: 1 ölü, 4 yaralı

Çinin Çuntsin bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Danin çayında suyun səviyyəsi qalxaraq 13 balıqçı və nəqliyyat gəmisini batırıb. Gəmi heyətləri vaxtında hadisə yerini tərk edərək xilas ola bilib.

 

Danin çayında gəmilərin hərəkəti dayandırılıb. Qeyd olunur ki, Yantsı çayında yerləşən dünyanın ən böyük su bəndi “Sansya”-ya zərər dəyməyib.

# 245
avatar

Oxşar yazılar