Kerri İrana xəbərdarlıq etdi
25 iyun 2015 04:15 (UTC +04:00)

Kerri İrana xəbərdarlıq etdi

İran nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməsə, heç bir razılaşma əldə olunmayacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

“Ola bilsin ki, İran Lozannada danışdığımız öhdəliklərini yerinə yetirməsin . Belə olan halda heç razılaşmadan söhbət gedə bilməz”, deyə Kerri jurnalistlərə bildirib.

 

ABŞ rəsmisi qeyd edib, iyunun 26-da Vyanada “5+1” formatlı görüşdə iştirak edəcək. “"Biz bu məsələ ilə bağlı nə edə biləcəyimizi müzakirə edəcəyik”, Kerri bildirib.

 

5+1 formatlı görüşdə BMT-nin 5 daimi üzvü - Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edəcək.

# 220
avatar

Oxşar yazılar