Ərdoğanın pencəyi İrəvanda müzakirə olundu
25 iyun 2015 01:27 (UTC +04:00)

Ərdoğanın pencəyi İrəvanda müzakirə olundu

Ermənistanın Syunik vilayətinin qubernatoru Surik Xaçatryanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pencəyinə oxşar pencək geyinməsi ölkədə böyük müzakirələrə səbəb olub.

 

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, qubernatotun geyiminin Ərdoğanın geyim tərzinə bənzəməsi çoxlarının xoşuna gəlməyib.

 

Ölkə mətbuatı Xaçatryanın geyiminə diqqət çəkərək yazır ki, qubernatorun pencəyi Türkiyə istehsalı ola bilər. Qubernator jurnalistlərdən birinin "Siz Ərdoğanın pencəyinin oxşarını geyinmisiniz, xəbəriniz var?" sualına sərt reaksiya verərək əsəbiləşib.

# 235
avatar

Oxşar yazılar