Dinləmə krizi: Fransa hökuməti təcili yığışıb ABŞ-a xəbərdarlıq etdi
24 iyun 2015 15:42 (UTC +04:00)

Dinləmə krizi: Fransa hökuməti təcili yığışıb ABŞ-a xəbərdarlıq etdi

 

 

“Fransa prezidentlərinin ABŞ kəşfiyyatı tərəfindən izlənilməsi tərəfdaşlıq münasibətlərinə ziddidir”.

 

APA-nın məlumatına görə, bunu Fransa prezidenti Fransua Ollandın çağırdığı təcili toplantıdan sonra Fransa hökumətinin nümayəndəsi Stefan Le Fol bəyan edib.

 

Qeyd edək ki, “WikiLeaks” saytı ABŞ xüsusi xidmət orqanlarının Jal Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinlədiyini sübut edən sənədlərə malik olduğunu iddia edib.

 

ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Ned Prays isə bu iddiaları rədd edib. O bildirib ki, Fransa prezidentinin telefonu heç vaxt ABŞ kəşfiyyatının hədəfində olmayıb. 

# 106
avatar

Oxşar yazılar