Dəhşətli istilər öldürməyə davam edir: <span style="color:red;">900 nəfər
24 iyun 2015 12:32 (UTC +04:00)

Dəhşətli istilər öldürməyə davam edir: 900 nəfər

Pakistanda hava şəraitinin həddindən artıq isti keçməsi nəticəsində ölənlərin sayı 900-ə çatıb. Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, ölkənin Ərəbistan dənizi sahilindəki Kəraçi şəhərində dəhşətli istilər hələ də davam edir Son günlər hava şəraiti nəmli olmaqla temperatur 45 dərəcədən aşağı düşmür. əhali yağışın yağması ilə ölənlərin sayının azalacağını gözləsə də, bu hələ də baş verməyib.

 

Dəhşətli istilər nəticəsində ölənlərin sayının artması istisna edilmir. Artıq şəhərdəki morqlarda boş yer qalmayıb. Xəstəxanalarda müalicə olunanların da sayı durmadan artır və boş çarpayı yeri dəmək olar ki, qalmayıb.

# 90
avatar

Oxşar yazılar