Ermənistanın polis rəisi jurnalistlərdən üzr istədi
24 iyun 2015 03:27 (UTC +04:00)

Ermənistanın polis rəisi jurnalistlərdən üzr istədi

Ermənistanın polis rəisi Vladimir Qasparyan  İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı etiraz aksiyasının dağıdılması zamanı KİV nümayəndələrinə qarşı güc istifadə olunduğuna görə jurnalistlərdən üzr istəyib.

 

“Mən baş verənlərə görə üzr istəyirəm, xidməti araşdırma qısa müddət ərzində insidentin təfərrüatlarını müəyyənləşdirəcək”, deyə Qasparyan bildirib. O həmçinin   polisin aksiyanın dağıdılması zamanı jurnalistlərə dəyən maddi ziyanı ödəyəcəyini bildirib.  

# 309
avatar

Oxşar yazılar