Ötən axşam Tiflisin girəcəyində 4-5 saatlıq tıxac yaranıb
24 iyun 2015 02:57 (UTC +04:00)

Ötən axşam Tiflisin girəcəyində 4-5 saatlıq tıxac yaranıb

Ötən gün axşam saatlarında Tiflis şəhərinin yaxınlığında yerləşən Poniçala kəndindən başlayaraq Tiflisin girəcəyinə qədər tıxac yaranıb.  Lent.az-ın Gürcüstan bürosunun məlumatına görə, tıxacda avtomobillər dördcərgəli hərəkət ediblər. Avtomobillər 10-12 kilometr yolu təxminən 4-5 saat ərzində qət edə biliblər. Tıxac zamanı istidən huşunu itirən, nəfəsi daralan sərnişinlər olub. Avtobus sərnişinləri düşərək Poniçalayadək və əksinə Tiflisin girəcəyinədək piyada getməli olublar.

 

Sürücülər  son ayda belə tıxacların yaranmasının səbəbini Poniçaladan Tiflis istiqamətinə uzanan yolda körpü, yeni asfalt çəkilişi ilə əlaqələndiriblər.

# 256
avatar

Oxşar yazılar