Sanada güclü partlayışlar: 31 ölü
18 iyun 2015 04:23 (UTC +04:00)

Sanada güclü partlayışlar: 31 ölü

Yəmənin paytaxtı Sanada törədilmiş silsilə partlayışlar nəticəsində 31 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  partlayışlar nəticəsində onlarla adam yaralanıb, onların sayı dəqiqləşdirilir.  

 

Məlumata görə, şəhərin müxtəlif yerlərində (əsasən də məscidlərin və üsyançı husilərlə əlaqəli obyektlərin yaxınlığında) bir-birinin ardınca 5 güclü partlayış törədilib.

 

Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

 

İnsidentin BMT baş katibinin təşəbbüsü ilə Cenevrədə Yəmən münaqişəsinin  nizamlanması ilə bağlı keçirilən məsləhətləşmələr fonunda baş verdiyi vurğulanır. 

# 79
avatar

Oxşar yazılar