Poroşenko Toni Blerə iş təklif edib
18 iyun 2015 03:24 (UTC +04:00)

Poroşenko Toni Blerə iş təklif edib

Ukrayna prezidenti Pyotr Poroşenko Britaniyanın sabiq baş naziri Toni Bleri Ukrayna Beynəlxalq Məşvərət İslahatlar Şurasın çərçivəsində təcrübəsi ilə bölüşməyə dəvət edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Poroşenko Bler ilə görüş zamanı ölkədə dövlət idarəetmə sistemində  islahatların aparılması məsələni müzakirə edib.   

 

“Dövlət başçısı Toni Bleri Ukrayna prezidenti yanında Beynəlxalq Məşvərət İslahatlar Şurası çərçivəsində təcrübəsi ilə bölüşməyə dəvət edib”, deyə dövlət başçısının saytında bildirilir. 

# 91
avatar

Oxşar yazılar