Tiflis zooparkından qaçmış pinqvin "Qırmızı körpü" yaxınlığında
17 iyun 2015 15:51 (UTC +04:00)

Tiflis zooparkından qaçmış pinqvin "Qırmızı körpü" yaxınlığında

 
Daşqın zamanı Tiflis zooparkından qaçmış pinqvin Azərbaycan sərhədi yaxınlığında tapılıb.

 

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, pinqvin “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yaxın ərazidə aşkarlanıb.

 

“Bizə zəng edib dedilər ki, “Qırmızı körpü” yaxınlığında pinqvin üzür. Əməkdaşlarımız həmin əraziyə yollanıblar, onlar pinqvini Tiflisə gətirəcəklər”, - deyə zooparkın işçiləri bildiriblər.

# 110
avatar

Oxşar yazılar