Süleyman Dəmirəl vəfat etdi
17 iyun 2015 06:08 (UTC +04:00)

Süleyman Dəmirəl vəfat etdi

 İyunun 17-də, yerli vaxtla saat 02:05-də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xəstəxananın məlumatında bildirilir.

 

"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də  ürək  çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.  Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik", açıqlamada deyilir.

 

Allah rəhmət eləsin!

# 177
avatar

Oxşar yazılar