Yük avtomobili qatarla  toqquşdu: 18 ölü, 98 yaralı
17 iyun 2015 03:52 (UTC +04:00)

Yük avtomobili qatarla toqquşdu: 18 ölü, 98 yaralı

Tunisdə yük avtomobilinin sərnişin qatarı ilə toqquşması nəticəsində 18 nəfər ölüb, 98 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Tunis paytaxtından 60 km aralıda baş verib.

 

“Qəza yolda şlaqbaumun olmaması səbəbindən baş verib”, deyə Tunisin nəqliyyat naziri Mahmud ben Romdan bildirib. Onun sözlərinə görə, faciə yük maşınının sürücüsünün günahı üzündən baş verib.

# 514
avatar

Oxşar yazılar