İŞİD Iraqda hücuma keçdi: 10 ölü, 10 yaralı
17 iyun 2015 03:21 (UTC +04:00)

İŞİD Iraqda hücuma keçdi: 10 ölü, 10 yaralı

İraqın Anbar vilayətində 10 polis əməkdaşı və hərbi qulluqçu İŞİD terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Əl-Fəlucada terrorçuların hücumu zamanı 5 polis əməkdaşı öldürülüb, 6-sı yaralanıb.

 

Əbu-Qreyb şəhərində terrorçular hərbçilərin zirehli maşınına hücum edib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Qarma şəhərində isə terrorçu-kamikadze minalanmış avtomobili partladaraq 4 hərbi qulluqçunun həyatına son qoyub.    

# 66
avatar

Oxşar yazılar