Mursiyə inanılmaz cəza: bir ömürlük, bir edam  - YENİLƏNİB
16 iyun 2015 16:24 (UTC +04:00)

Mursiyə inanılmaz cəza: bir ömürlük, bir edam - YENİLƏNİB

Misir məhkəməsi Mursi haqda olan digər bir cinayət işinə görə çıxarılmış edam cəzasını isə təsdiqləyib. Belə ki, sabiq prezidentin ittiham olunduğu "cəsusluq işi"nə görə ona ömürlük həbs, "həbsxanalar basqını işi"nə görə isə edam cəzası verilib. Hər iki hökm təsdiqlənib. 

 

**

14:49

 

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi barədə çıxarılmış edam cəzası ləğv edilib. 

 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Misir məhkəməsi daha əvvəl haqqında ölüm cəzası çıxarılan Mursi barədə hökmü dəyişərək, onu ömürlük həbs cəzası ilə əvəz edib. 

 

Qeyd edək ki, Misir məhkəmMursi əsi devrilmiş prezident haqda edam cəzası çıxarmış və bu qərar dünyanın bir çox dövlətlərində ciddi etirazla qarşılanmışdı. 

# 275
avatar

Oxşar yazılar