Azərbaycan kubokunda görünməmiş hadisə
05 iyun 2015 03:50 (UTC +04:00)

Azərbaycan kubokunda görünməmiş hadisə

Azərbaycan kubokunun 2014/15 mövsümünün final oyunu tarixə düşüb. Apasport.az saytının məlumatına görə, buna səbəb “Qarabağ” – “Neftçi” matçında qeydə alınan məhsuldarlıq səbəb olub.

 

Ağdam təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə 4 qol vurulub. 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək heç vaxt finalda bu qədər qol qeydə alınmamışdı.

 

Ən yaxşı halda, 3 qolun vurulduğu finallarda yeni rekord Qəbələdə müəyyənləşib. Belə ki, həlledici matç ilk dəfə bu şəhərdə baş tutub.

 

Qeyd edək ki, penaltilər seriyasında vurulan qollar nəzərə alınmasa, finalda 6 dəfə üç (1992, 1995/96, 1999/2000, 2004/05, 2005/06, 2009/10), 6 dəfə iki (1993/94, 1997/98, 2007/08, 2010/11, 2011/12, 2013/14), 7 dəfə bir (1993, 1994/95, 1996/97, 2000/01, 2003/04, 2006/07, 2008/09) qol vurulub. 2 dəfə (1998/99, 2012/13) isə 120 dəqiqə qolsuz bitib.

# 113
avatar

Oxşar yazılar