Bakıya gələcək 6 min idmançının kimliyi açıqlandı -<span style="color:red;"> STATİSTİKA
04 iyun 2015 15:58 (UTC +04:00)

Bakıya gələcək 6 min idmançının kimliyi açıqlandı - STATİSTİKA

I Avropa Oyunlarına gələcək 6 min idmançı barəsində ətraflı məlumat Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə yerləşdirilib.

Lent.az-ın baku2015.com-a istinadən məlumatına görə, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.

Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq. 

Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.

İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz –www.az.baku2015.com/athletes/index.html

 Bakı 2015-in rəsmi tətbiqetməsini aşağıdakı link vasitəsilə yükləyə bilərsiniz:

iOS

Android

Windows Phone

# 171
avatar

Oxşar yazılar