"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu
04 iyun 2015 15:48 (UTC +04:00)

"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu

Növbəti mövsümdə iddialı olmağı hədəfləyən “Xəzər Lənkəran” baş məşqçi postunda dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin rəhbərliyi komandanın “sükanı arxası”na klubun idman direktoru Yunis Hüseynovu gətirib.

 

Baş məşqçi postunu tərk edən Elbrus Məmmədov isə əvvəlki işinə qaytarılıb. O, vaxtilə çalışdığı kimi, yenə “Xəzər Lənkəran”ın əvəzedici komandasına rəhbərlik edəcək.

 

Qeyd edək ki, Yunis Hüseynov 2012-ci ildə də “Xəzər Lənkəran”ın baş məşqçisi olub

# 215
avatar

Oxşar yazılar