“Neftçi” əcnəbi baş məşqçi axtarışına çıxdı
04 iyun 2015 12:09 (UTC +04:00)

“Neftçi” əcnəbi baş məşqçi axtarışına çıxdı

 

Arif Əsədovla yollarını ayıran “Neftçi” boş qalan baş məşqçi postuna gətiriləcək mütəxəssisin axtarışına çıxıb. Apasport.az saytının məlumatına görə, ölkədə səviyyəli məşqçilərin azlığı bakılıları diqqətini xaricə yönəltməyə vadar edib.

 

Bu üzdən də “Neftçi” rəhbərliyi komandanı indiki böhran vəziyyətindən çıxara biləcək legioner mütəxəssis axtarır.

 

Ümumilikdə ardıcıl 8 oyundu qalib gələ bilməyən, heyətdə ciddi problemləri olan paytaxt təmsilçisinin Müşahidə Şurası mümkün məşqçinin axtarışı ilə bağlı istiqaməti də müəyyənləşdirib.

 

Belə ki, bakılılar Almaniyadan çalışdırıcı gətirməyi planlaşdırır. Düzdü, vaxtilə bu ölkədən olan Hans-Yurgen Gede “Neftçi”də ciddi islahatlar aparmaqla həm heyəti dağıtmış, həm də biabırçı nəticələrə səbəb olmuşdu. Amma klub rəhbərliyi yeni almaniyalı çalışdırıcının gətirilməsinin fərqli nəticə verəcəyinə ümid edir.

 

Qeyd edək ki, “Neftçi” Azərbaycan kubokunun finalında “Qarabağ”a 1:3 hesabı ilə uduzduqdan sonra Əsədovu vəzifəsindən kənarlaşdırıb.

 

# 84
avatar

Oxşar yazılar