“Qarabağ” Azərbaycan kubokunun qalibidir
03 iyun 2015 22:57 (UTC +04:00)

“Qarabağ” Azərbaycan kubokunun qalibidir

Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün son qarşılaşması Qəbələdə baş tutub.

 

Bu il XXIII dəfə sahibini tapacaq kubok uğrunda ölkə çempionu olmuş “Qarabağ” və Premyer Liqanı 4-cü sırada bitirmiş “Neftçi” mübarizə aparıb.

 

Oyuna çox sürətli başlayan "Qarabağ" 5-ci dəqiqədə Reynaldonun cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı açıb. Hissənin sonlarına yaxın ağdamlılar daha bir qol vuraraq fasiləyə iki top üstünlüklə yollanıblar. Bu dəfə də qolun müəllifi Reynaldo olub.

 

İkinci hissədə isə təzyiqi bir az artıran "Neftçi" sonradan oyuna daxil olan Ernest Nforun vurduğu qolla aradakı fərqi azalda bilib.

 

Ancaq, "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem fərqlənərək fərqi yenidən iki topa çatdırıb. Matç elə bu hesabla da sona yetib.

 

Beləliklə, 22 il aradan sonra "Qarabağ" yenidən "qızıl dubl"a imza atıb. Bu matç ağdamlılar üçün həm də 19 il öncə baş tutmuş final matçının revanşı kimi yadda qalıb.

 

Azərbaycan Kuboku

Final

 

“Qarabağ” – “Neftçi” - 3:1

Qol: Reynaldo, 5, 38, Muarem Muarem, 83 - Nfor, 77

# 105
avatar

Oxşar yazılar