<span style="color:red;">“The Guardian”:  sifarişli yazının gülünc ziddiyyətləri
24 aprel 2015 16:57 (UTC +04:00)

“The Guardian”: sifarişli yazının gülünc ziddiyyətləri

“The Guardian” qəzeti ölkəmizdə keçiriləcək Azərbaycanla və l Avropa Oyunları ilə bağlı böhtan və qarayaxma kampaniyası çərçivəsində yeni sifarişli bir yazı yayımlayıb. Soruşacaqsınız ki, nəyə görə sifarişli? Cavab çox sadədir. Çünki yazının məzmununa göz gəzdirərkən müəllifin ciddi çətinliklərlə üzləşdiyi, özü-özünü təkzib etdiyi aydın sezilir. Ümumavropa idman yarışmasına kölgə salmaq üçün fakt tapa bilməyən müəllif həm Azərbaycanın uğurlarını, həm də l Avropa Oyunlarına olan böyük marağı etiraf etmək məcburiyyətində qalır.

Yazıda qeyd olunur ki, Britaniya Olimpiya Assosiasiyası Azərbaycanda keçiriləcək bu qlobal idman yarışında 153 idmançı ilə təmsil olunacaq. Sonra isə iddia edilir ki, bu yarışlar dünya idman dairələri üçün çox da “əhəmiyyətli deyil”. Maraqlıdır, hansı ölkə “əhəmiyyətsiz” sayılan yarışda 153 ən idmançı ilə ilə təmsil olunmaq istəyər?! Üstəlik, oxuculara belə bir məlumat da təqdim olunur ki, “Bakıda keçiriləcək turnirdə 50 ölkədən təxminən 6000 idmançı iştirak edərək. Onlar idmanın 20 növü üzrə rəqabət aparacaq”. 50 ölkədən 6000 idmançı – görəsən hər hansı idman yarışında daha neçə ölkə və nə qədəri idmançı iştirak etməlidir ki, “The Guardian” onu əhəmiyyətli hesab etsin.

Yazının məqsədi  Azərbaycan haqqında oxucularda yanlış təsəvvür yaratmaq olsa da, Azərbaycanın uğurlarının ardıcıllığı və parlaqlığı, eyni zamanda I Avropa Oyunlarının dünyada doğurduğu müsbət rezonans qəzetin qarayaxma cəhdlərini görünməz edir. Yazını oxuduqca bir-birini təqib edən təzadlı məqamlar “The Guardian” qəzetinin nə qədər acınacaqlı duruma düşdüyünü göstərir. Bu kimi yazıları sifariş edənlər gör dünyada tanınmış media qurumunu necə yalanlara və ikiüzlülüyə məcbur edirlər. Görəsən nədir “The Guardian”ı sifarişçilərin qarşısında bu qədər əyilməyə vadar edən? Əgər “The Guardian” maddi ehtiyac üzündən bu yola düşübsə, məhrumiyyətlər girdabında çapalayırsa, məsləhət görərdik ki, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fonduna müraciət etsin. Yaxud da Fond tərəfində vaxtaşırı təşkil edilən  müxtəlif istiqamətli müsabiqələrə yazılar versin. Məsələn, Binəqədi rayonunda aparılan abadlıq-təmizlik işləri və sair mövzularla bağlı.

Yazının davamında bildirilir ki, İngiltərənin “BT Sport” kanalı da bu nəhəng idman hadisəsini canlı yayımlayacaq. Xatırladaq ki, adı çəkilən kanal beynəlxalq idman dairələrində nüfuzlu kanallardan biri hesab olunur. “The Guardian” ın  yazmağa məcbur olduğu bu fakt da adıçəkilən idman yarışının beynəlxalq dairələrdə nə qədər ciddi qəbul olduğundan xəbər verir. Məşhur nəşrin  Azərbaycan həqiqətlərini üstüörtülü olsa da etiraf etdiyi zaman, insan istər-istəməz bu məsəli xatırlayır: “Bəy dediyin nədir, bəyənmədiyin nədir?”

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına guya etinasız yanaşıldığı  tezisi ətrafında fikir formalaşdırmağa çalışan müəllifin  böyük əzab hissi ilə qeyd etməyə məcbur qaldığı növbəti faktı gözdən keçirək: “Turnirdə Böyük Britaniyanı təmsil edəcək missiyanın rəhbəri Mark Enqlandın sözlərinə görə, 2008-ci ildə Çində keçirilmiş Olimpiadadan sonra ilk dəfədir ki, ölkədən kənarda keçirilən yarışa bu qədər idmançı aparırlar: “Və mən buna çox sevinirəm”.”  Zavallı “The Guardian” indi günəş işiğı kimi ortada olan faktları necə təhrif etsin? Çin Olimpiadasından sonra dünyanı titrədən növbəti idman yarışı kimi xarakterizə edilən l Avropa Oyunlarının möhtəşəmliyinin fonunda istənilən sifariş çox cılız qalır axı... İntəhası əmr və yaxud sifariş icra olunmalıdır. Beləliklə, qəzet üzləşdiyi mürəkkəb situasiyadan çıxmaq üçün çapalayır və düşdüyü bataqlıq onu daha dərinlərə doğru çəkməkdə davam edir.

Sifariş qəzetdən özü-özünü təkzib etmək bahasına da olsa idman yarışına kölgə salmağı tələb edir. Beləliklə “The Guardian”  “İlk dəfə Bakıda keçiriləcək bu turnirin gələcəyi naməlumdur” deyə mənasız bir cümlə ilə məqsədini bəlli edib, niyyətini bir daha ortaya qoyur. Amma daha sonra etiraf edir ki,  Bakıdakı turnirdə on idman növü üzrə Rioda keçiriləcək Olimpiadaya vəsiqə uğrunda da rəqabət olacaq”.

Hiss olunur ki,  “The Guardian”  sifarişçilərin və hamilərin rəngli fantaziyalarını tam dolğunluğu ilə əhatə edə bilməyib. Çünki günün reallığını tələb olunan səviyyədə təhrif edə bilmək üçün, gərək sifarişçilərinin qeyri-adekvat təfəkkürünə və düşüncə tərzinə sahib olasan.

# 329
avatar

Azər Həsrət

Oxşar yazılar