“Shamkir Chess 2015” start götürür
16 aprel 2015 04:24 (UTC +04:00)

“Shamkir Chess 2015” start götürür

Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri start götürəcək.

 

Apasport.az  saytının məlumatına görə, yarış Heydər Əliyev Mərkəzində aprelin 16-da saat 19:00-da başlayacaq.

 

Turnirin açılış mərasiminə rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, yerli və xarici qonaqlar qatılacaq. Daha sonra yarışın püşkatma mərasimi keçiriləcək.

 

Habelə, turniri  Rusiya, Norveç, Hindistan və İngiltərədən olan media nümayəndələri işıqlandıracaq. Qeyd edək ki, ilk turun partiyaları 17 aprel saat 15:00-da başlayacaq.

# 173
avatar

Oxşar yazılar