"Beşiktaş"ın 30 milyonluq arzusu
14 aprel 2015 22:48 (UTC +04:00)

"Beşiktaş"ın 30 milyonluq arzusu

“Beşiktaş” klubu “Zenit”də forma geyinən Dani ilə ilkin razılığa gəlib. Apasport.az saytının məlumatına görə, İstanbul klubu portuqaliyalını transfer etməyə çox yaxındı.

 

 “Fanatik”də yer alan xəbərə əsasən, mövsüm sonunda Rusiya təmsilçisi ilə müqaviləsi bitsə də, Dani indidən komandası ilə yollarını ayırmaq üzrədi.

 

Qeyd edək ki, “Zenit” futbolçunu 30 milyon avroya Moskvanın “Dinamo” klubundan rənglərinə qatıb. Dani cari mövsümdə komandasının heyətində 22 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

# 162
avatar

Oxşar yazılar