Maqnus Karlsen Bakıya gəlib
14 aprel 2015 11:28 (UTC +04:00)

Maqnus Karlsen Bakıya gəlib

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Bakıya gəlib. Lent.az-ın məlumatına görə, hava limanında qonağı ShamkirChess 2015 turnirinin təşkilatçısı Synergy Group-un rəsmiləri qarşılayıb. Məşhur şahmatçı bu gün səhər Gəncəyə, orada isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi də norveçli Maqnus Karlsen olub. 
 
Superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

# 141
avatar

Oxşar yazılar