Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini ilə görüşüb
01 sentyabr 2014 16:11 (UTC +04:00)

Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurası Baş katibinin müavini Qabriela Battani-Draqoni ilə görüş keçirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüş sentyabrın 1-də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadiləsi zamanı olub.


Görüdə Ə. Qarayevlə Q. Battani-Draqoni arasında Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi çərçivəsində planlaşdırılan tədbirlər və mədəniyyət sahəsində gələcək əməkdaşlıq prioritetləri müzakirə olunub.

# 373
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar