Şəkidə Teatr Festivalı keçiriləcək
01 sentyabr 2014 12:35 (UTC +04:00)

Şəkidə Teatr Festivalı keçiriləcək

Sentyabrın 11-dən isə Şəkidə I Beynəlxalq Teatr Festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulmuş festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək. Festivalda həmçinin bir sıra xarici ölkələrin teatr kollektivlərinin iştirakı da nəzərdə tutulub.

 

 

Qeyd edək ki, sentyabrın 10-da Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci mövsümünün təntənəli açılış mərasimi Şəki şəhərində olacaq. 

# 542
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar