<span style="color:red;">Azərbaycanda ilk:  Ahıllar festivalı keçiriləcək
28 avqust 2014 16:16 (UTC +04:00)

Azərbaycanda ilk: Ahıllar festivalı keçiriləcək

Sentyabrın 8-də Lerikdə iki festival keçiriləcək.  Lent.az-ın məlumatına görə, onlardan biri uzunömürlülər festivalı, digəri isə plov festivalıdır. Plov festivalında  8 rayondan ən azı 3 növ plov hazırlanacaq.

 

Plov festivalında münsiflər heyətində Azərbaycan Milli Kulinariya Mərkəzin təcrübəli mütəxəssisləri iştirak edəcək.

 

Tədbirlərin keçirilməsində məqsəd uzun ömür və sağlam həyat tərzinin, Azərbaycan plovlarının tanıdılması və təbliği və yeməklərin uzun ömürlülüyə təsirinin nümayiş olunmasıdır.

 

İlk dəfə keçirilən Plov festivalının gələcəkdə beynəlxalq səviyyədə festivalın keçirilməsi düşünülür və bunun Lerikdə brend halına gətirilməsi planlaşdırılır.

 

 

Qeyd edək ki, Uzunömürlülər festivalı Mədəniyyət və Turizm Nazirliyi və Lerik İcra Hakimiyyəti, Plov festivalı AMKMi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən keçirilir.

# 1117
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar