1571
14:26
27 Mart 2014

Elçin Hüseynbəyliyə və Qulu Ağsəsə yeni vəzifə verildi - YENİLƏNİB

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin iclası keçirilib.


AYB-nin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı vəzifəsindən azad olunub.

Onun yerinə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təyin olunub.

İclasda “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinatla bağlı məsələyə də baxılıb.

Jurnalın baş redaktor müavini, şair Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinat alıb.

Birlikdən əlavə ediblər ki, Ayaz Vəfalı vəzifədən öz ərizəsi ilə azad olunub.

***

saat 14.26

Azərbaycan Yazıçılar Birliyində “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalının rəhbərlərinin dəyişdirilməsi ilə bağlı iclas keçirilir.

APA -nın məlumatına görə, iclasda “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalının öz ərizəsi ilə baş redaktorluqdan imtina etməsi məsələsinə baxılır. “Ədəbiyyat” qəzetinin baş redaktoru vəzifəsinə “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylinin, “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə isə baş redaktor müavini, şair Qulu Ağsəsin təyin olunacağı gözlənilir.