3873
14:28
25 Avqust 2013

Elçibəyin ev muzeyində nələr var? - FOTOREPORTAJ

Ordubad rayonunun ucqar dağ kəndi olan Kələki bəlkə də dünyanın ən məşhur kəndlərindən biridir. Ən azı ona görə ki, Azərbaycanın ikinci prezidenti olan Əbülfəz Elçibəy bu kənddə doğulub və hakimiyyətdən getdikdən sonra 4 il 4 ay 13 gün bu kənddəki ata evində yaşayıb.

Elçibəyin vəfatının 13-cü ildönümündə APA İnformasiya Agentliyinin redaktoru Cavid Cabbaroğlu Kələkidə olub və hazırda qeyri-rəsmi muzey kimi fəaliyyət göstərən bu məşhur evə baş çəkib. Lent.az Əbülfəz Elçibəyin 1993-cü ilin 17 iyunundan 1997-ci ilin 30 oktyabrına qədər yaşadığı ata evindən maraqlı fotoları diqqətinizə çatdırır.

Fotolar ÜMİD ƏLİLİnindir