Musa Musayevin qardaşı: " Hamı bizə gözaydınlığı verir”
15 aprel 2013 22:38 (UTC +04:00)

Musa Musayevin qardaşı: " Hamı bizə gözaydınlığı verir”

"Bu xəbər bizim ailə üçün toy-bayramdır. Bütün nəsil Musanın Təranədən ayrılmasını gözləyirdi. Hamı bizə gözaydınlığı verir. Nəslimizin üstündəki ləkə təmizləndi! Şükür, bu günü gördük. Amma çox heyflər olsun ki, 1 il əvvəl dünyasını dəyişən kiçik qardaşımız bu günü görmədi...". Təranə Qumralla xəyanət üstündə boşanan Musa Musayevin qardaşı Əli Musayev ANS PRESS-ə müsahibəsini bu sözlərlə başladı. Ə. Musayev Təranə ilə evləndiyi üçün Musanı qardaşlıqdan çıxartdıqlarını deyib: "O qadına görə hamımız ondan üz döndərmişdik. Əmimiz Niyaməddin Musayev də Musa ilə tam əlaqəsini kəsmişdi. Biz çox dedik, amma Musanı inandıra bilmirdik. Onu dəlicəsinə sevirdi, kor olmuşdu. Musaya "Kor Musa" deyirdik..."

 

Əli Musayev qardaşının Təranə Qumraldan rəsmən ayrıldıqlarından yeni xəbər tutduqlarını və qardaşının illərdir aldanıldığını, istifadə edildiyini deyib: "Bütün var-dövlət Təranəyə qalıb. Neçə ildir birlikdə yaşayıblar, birlikdə toya gediblər, qazanıblar. Amma hər şey Təranənin adına imiş. Boşanandan sonra hər şey ona qalıb. Musanın adına bir "Range Rover" var, o da bankdadır. Əvvəlki ərindən olan 2 uşağı da Musanın üstünə yazdırıb. Guya o uşaqlar da Musadandır".

 

Xatırladaq ki, Musa Musayev mətbuata həyat yoldaşı Təranə Qumralın onu aldatdığını, buna görə onu öldürmək istədiyini deyib. T. Qumral isə M. Musayevdən polisə şikayət edib. 

# 5089
avatar

Oxşar yazılar