639
10:36
18 Fevral 2013

BQXK nümayəndələri əsirlikdə olan əsgərimizə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgərinə baş çəkiblər. Bu barədəAPA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə yanvarın 30-da həyata keçirilib. Əsirə ailə məlumatları ötürülüb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu ötən ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Fevralın 7-də isə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə - bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.


Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb.

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.